Musəvi tərəfdarlarını yeni aksiyalara çağırıb

Iran müxalifətinin lideri Mirhüseyn Musəvi öz tərəfdarlarını Novruzdan sonra yeni etiraz aksiyalarına çağırıb.

O öz İnternet saytına yerləşdirdiyi müraciətdə qeyd edir ki, Novruzla başlayan yeni il müqavimət ili olacaq.

İran müxalifəti hökuməti keçən ilki prezident seçkilərini saxtalaşdırmaqda ittiham edir.