Avropa Birliyi Gürcüstanı gərginlikdən qaçmağa çağırıb

Avropa Birliyi Gürcüstanı regionda gərginliyə aparan hərəkətlərdən çəkinməyə çağırıb.

Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrazu Brüsseldə Gürcüstanın baş naziri Niko Qilauri ilə görüşüb,

O görüşdən sonra Gürcüstanın İmedi televiziya kanalının Rusiya qüvvələrinin Gürcüstana soxulmasıyla bağlı səhnələşdirilmiş veriliş yaymasından narahatlıq bildirib.

Qilauri məsələylə bağlı araşdırma aparılacağını vəd edib.