"Azərbaycan dastanları” audio variantda buraxıldı

Gününü kompyuter qarşısında keçirilən oxucular üçün “Azərbaycan dastanları” adlı audiokitab hazırlanıb.

“Diplomat Körpəm” Uşaq Jurnalı tərəfindən gerçəkləşdirilən layihənin rəhbəri Arzu Soltanın sözlərinə görə, аudiokitab, 5 cildlik «Azərbaycan dastanları” kitabları əsasında hazırlanıb.

Dastanların səsləndirilməsində və Audiokitabın tərtib olunmasında əsasən gənclər və tələbələr iştirak edib.

Arzu Soltan həmçinin bildirib ki, 150 nüsxədə buraxılan audiokitabların yayımı əsasən kitabxanalar və təhsil müəssisələri arasında olacaq.

Bu vəsaitdən həm də görmə qabiliyyəti zəif olanlar, avtomobil sürücüləri də faydalana biləcəklər...