Azərbaycan Vaşinqton sammtində iştiraka ehtiyac görmür

Azərbaycan Vaşinqtonda keçiriləcək ümumdünya nüvə təhlükəsizliyi sammitində iştirak etməyəcək. Bunu martın 18-də Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərlə söhbətində deyib:

«Azərbaycan nüvə ölkəsi deyil. Ərazisində nüvə silahı saxlamır, bu niyyəti də yoxdur. Ona görə də bu sammitdə iştiraka hər hansı ehtiyac duyulmur».

Ümumdünya nüvə təhlükəsizliyi sammiti aprelin 12-13-də keçiriləcək. 44 ölkənin, o cümlədən Gürcüstan və Ermənistanın dövlət və hökumət başçıları ABŞ prezidenti Barak Obamadan Vaşinqtona dəvət alıblar.