Qırğızıstan müxalifətçiləri paytaxtda toplaşıb

Qırğızıstanın müxalifət partiyaları bu gün paytaxtda toplaşıb.

Tədbirə 5 mindən çox adam qatılıb.

Təşkilatçıların sözlərinə görə qurultayda iqtisadi və siyasi xarakterli məsələlər, kommunal xidmətlərin bahalaşmasından vətəndaşların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına kimi məsələlər müzakirə ediləcək.

Tədbirə qatılanlar arasında müxalifət liderləri və müxalifətçi deputatlar, o cümlədən hüquq müdafiəçiləri də var.

Bu həftənin əvvəlində Bişkek rayon məhkəməsi müxalifətin yürüşünə icazə verməmişdi.