Talibançıların mövqei bombalanıb

Pakistanın hərbi hava qüvvələri talibançıların ölkənin şimal-qərbindəki mövqelərini bombalayıb.

Yerli hakimiyyət azı 9 nəfərin öldüyünü xəbər verir.

Bu bölgə Əfqanıstan sərhəddinin yaxınlığında yerləşir.

Əsas hədəf talibançıların lideri Aslam Fərruqinin evi olub.

Onun ölənlərin arasında olub-olmaması hələlik bəlli deyil.

Son günlər ərzində Pakistanın müxtəlif rayonlarında bir neçə terror aktı törədilib.