TV kanalın saxta süjeti tamaşaçıları şoka salıb

Martın 13-də Gürcüstanın İmediaTV kanalının efirində qeyri-adi bir süjet göstərilib. Həyəcanlı son xəbər kimi təqdim olunan süjetdə ölkənin Rusiya tərəfindən zəbt edilməsi, prezident Saakaşvilinin öldürüldüyü deyilib.
Süjetdə görə, Rusiya tankları Tbilisiyə doğru hərəkət edir, prezident Mixail Saakaşvili öldürülüb, Gürcüstan müxalifəti Rusiyayla birləşərək silahlı qiyama çağırır.

Kanal bunun səhnələşdirilmiş olduğunu, hadisələrin mümkün inkişafı kimi izah eləsə də, süjet vətəndaşlar arasında vahimə yaradıb.Gürcüstan müxalifəti dünən camaat arasında çaxnaşma salmış süjetə görə İmedi televiziya kanalını məhkəməyə vermək fikrindədir.

(Yazı İmediTV-nin saxta süjetinin altında davam edir)

Qorxuya düşmüş camaat elə bilib ki, 2008-ci ilin avqust hadisələri təkrar olunur.

Məlumatlara görə, hətta ürək tutması keçirənlər də olub.

Müxalifət lideri Nino Burcanadze bildirib ki, onun partiyası İmedi televiziyasını və hakimiyyəti məhkəməyə vermək istəyir.

İmedi televiziya şirkəti baş verənlərə görə xalqdan üzr istəyib.