9 keçmiş seb döyüşçüsü həbs edilib

Serbiyada keçmiş serb birləşmələrinin 9 döyüşcüsü həbs olunub.

Onlar 1990-cı ilin sonlarında Kosovo münaqişəsi vaxtı hərbi cinayətlər törətməkdə ittiham olunurlar.

Prokurorluq bildirib ki, həmin vaxt Kosovonun qərbindəki kəndlərdən birində 200-ə yaxın dinc sakinin qətlində şübhəli bilinən 26 adamdan çoxu hazırda xarici ölkələrdə yaşayırlar.

Balkan müharibələri dövründə hərbi cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi, Serbiyanın Avropa Birliyinə qəbulunda əsas şərtlərdən biridir.