Əfqanıstan kimlərinsə döyüş meydanına dönmək istəmir

Əfqanıstan böyük region və dünya ölkələri arasında gedən nüfuz mübarizəsində döyüş meydanına çevrilmək fikrində deyil.

Bunu Əfqanıstan prezidenti Həmid Kərzai İslamabadda deyib.

Həmid Kərzai həmçinin Talibanla sülh danışıqlarında Pakistanın rolunun vacibliyini qeyd edib.

O bunları İslamabadda Pakistanın baş naziri Yusif Raza Gilaniylə keçirdiyi birgə mətbuat konfransında deyib.