Əl-Qaidəyə “terrorçu” deyən müəlliminin gözünü hədəf aldı

Fransanın Lion şəhərində 15 yaşlı şagird Əl-Qaidəyə “terrorçu” deyən müəlliminə gözyaşardıcı qazla hücum edib. (AFP)

Tarix müəlliməsi agentliyə adının çəkilməməsi şərtilə bunları deyib:

“Mən sadəcə dərsdə dərslikdə yazıldığı kimi 11 sentyabr terror aktlarının Əl-Qaidə terror qrupu tərəfindən törədildiyini bildirdim. O isə ayağa durub qışqırdı ki, nə əl-Qaidə, nə də Taliban terrorçu qrupdur”.

Bundan sonra şagird cibindən gözyaşardıcı qaz balonunu çıxararaq müəllimin və onun köməkçisinin üstünə yönəldib.

Nə müəllim, nə də köməkçisi ciddi xəsarət alıb.