121 nəfərin Azərbaycan vətəndaşlığına xitam verilib

2009-cu il ərzində 116 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub, 121 nəfərin vətəndaşlığına isə xitam verilib.

Bu barədə AzadlıqRadiosuna Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev məlumat verib.

Onun sözlərinə görə, 2008-ci illə müqayisədə Azərbaycan vətəndaşlığına qəbul olunanların sayı azalıb.