Baydenlə Netanyahu görüşür

ABŞ-ın vitse-prezidenti Co Bayden bu gün İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək. Görüşdə İsrail-Fələstin danışıqlarının taleyi və İranın nüvə proqramı müzakirə olunacaq.

Dünən İsrail və Fələstin Birləşmiş Ştatların vasitəçiliyi ilə danışıqları davam etdirməyə razılıqlarını bildiriblər. Bu danışıqlar 15 ay idi ki, dondurulmuşdu.