Sarkozi hamını nüvə enerjisinə keçməyə çağırır

Fransa prezidenti Nikola Sarkozi bu gün Dünya Bankı kimi beynəlxalq təşkilatları nüvə enerjisindən qeyri-hərbi məqsədlərlə istifadə edilməsinə dair layihələri maliyyələşdirməyə çağırıb. Sarkozi bu barədə çağırışını 65 ölkə təmsilçisinin iştirakı ilə Parisdə keçirilən Avropada Təhülkəsizlik və Əməkdaşlıq Təşkilatı – ATƏT-in konfransında səsləndirib.

Fransa prezidenti hesab edir ki, nüvə enerjisindən dinc məqsədlərlə istifadə edilməsi qlobal iqlim dəyişikliyi ilə ən yaxşı mübarizə vasitəsidir və Fransada nüvə enerjisi texnologiyalarının inkişafına dair bir institut da yaradılacaq.

Fransanın 58 nüvə reaktoru var və burada ölkənin elektrik ehtiyacının 75 faizi istehsal edilir. Parsi həm də nüvə texnologiyalarının ixrac edilməsi ilə məşğul olur.