Azərbaycanda 30 minə yaxın qadın sürücü var

Bu barədə AzadlıqRadiosuna Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Ərəstun Məcidov məlumat verib.

O bildirib ki, ümumilikdə Azərbaycanda sürücülük vəsiqəsi olan vətəndaşların sayı bir milyondan artıqdır.

Yol hərəkəti qaydalarının pozulması hallarına gəldikdə şöbə rəisi deyir ki, ən çox qaydaları pozan kişi sürücülərdir.