Azərbaycanın hərbi təyyarəsi qəzaya uğrayıb

Su-25

Martın 3-ü saat 17 radələrində Şəmkir rayonu ərazisində Azərbaycanın SU-25 hərbi təyyarəsi qəzaya uğrayıb.

Təyyarənin pilotu Famil Məmmədli həlak olub.

Məlumatı Müdafiə Nazirliyi yayıb. Hadisə Şəmkir rayonu ərazisində planlaşdırılan təlim uçuşu zamanı baş verib.

Müdafiə Nazirliyi və Hərbi Prokurorluq tərəfindən yaradılan komissiya hadisənin baş vermə səbəblərini araşdırmağa başlayıb.

Su-25


Azərbaycanda 2008-ci il yanvarın 29-da baş vermişdi. O zaman Azərbaycan Hərbi Hava Qüvvələrinə aid MİQ-29 döyüş təyyarəsi qəzaya uğrayıb Xəzərə düşmüş, iki pilot həlak olmuşdu.

Hərbi Hava qüvvələrinin komandanı, general Rail Rzayev də 2009-cu il fevralın 11-də qətlə yetirilib.


SU-25

Qısa tanıtma

Su-25 (NATO-da adı “Frogfoot”) Keçmiş SSRİ-nin Suxoy Dizayn Bürosu tərəfindən hazırlanıb. İlk uçuşu 1975-ci ildə olub.

İki motorlu, tək pilotlu hücum təyyarəsidir. Yürüstü hədəflərə, xüsusilə tanklara qarşı istifadə edilir.

Sovet-Əfqanıstan müharibəsindən geniş istifadə edilib. Hazırda daha inkişaf etdirilmiş variantı olan SU-39-larla dəyişdirilməkdədir.

SU-25 MBD ölkələrindən başqa, Anqola, Bolqarıstan, Çex Respublikası, İraq, Macarıstan, İran, Şimali Koreya ordularında geniş istifadə edilir.