Ukrayna hökuməti istefaya göndərildi

Ukrayna Parlamenti 243 səslə baş nazir Yuliya Timoşenkonun hökumətinə etimadsızlıq göstərib.

Timoşenko bundan əvvəl bildirmişdi ki, əgər onun hökumətinə etimadsızlıq göstərilsə istefa verib müxalifətə keçəcək.

Regionlar partiyası 30 ərzində yeni hökumət yaratmalıdır.

Əgər bu baş tutmasa onda prezident parlamenti buraxıb yeni seçki çağıra bilər.