Fidan Qasımova “Şərəf” ordeni aldı

Prezident İlham Əliyev tanınmış müğənni Fidan Qasımovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Fidan Qasımova Azərbaycan incəsənətinin inkişafında və vokal sənəti sahəsində gənc ifaçıların hazırlanmasında xidmətlərinə görə bu mükafata layiq görülür.