Karaciç məhkəmə qarşısında

Haaqa Beynəlxalq Məhkəməsində Bosniya serblərinin lideri Radovan Karaciçin məhkəməsi yenidən davam edəcək. Karaciçin özü özünü müdafiə edəcəyi gözlənilir.

64 yaşlı Karaciç 1992-1995-ci illərdə Bosniya münaqişəsində günahlandırılır. O soyqırım, müharibə qanunlarını pozma və insanlıq əleyhinə cinayətlərdə ittiham olunur.

İttihamlar sübut olunsa, Karaciç ömürlük azadlıqdan məhrum olunacaq.