Əfqanıstanın Mərca şəhəri yaraqlılardan tam təmizlənib

ABŞ hərbçiləri Əfqanıstanın Mərca şəhərinin yaraqlılardan təmizləndiyini deyirlər.

Koalisiya və yerli qüvvələr iki həftədir ki, Helmand əyalətində yaraqlılara qarşı irimiqyaslı hərbi əməliyyatlar aparırlar.

Mərca şəhəri talibançılarən əsas dayaq məntəqələrindən biri hesab olunurdu.

Bu 2001-ci il Əfqanıstan müharibəsindən bu yana talibançılara qarşı aparılan ən böyük əməliyyatdır.