Qazaxda 37 min ting əkiləcək

2010-cu ilin «Ekologiya ili» elan olunması ilə əlaqədar Qazax rayonunda bu il magistral yolların kənarlarında və ərazilərdə 37 min ting əkilməsi nəzərdə tutulub. Qazax Rayon İcra Hakimiyyətindən «AzərTAc»-a bildirilib ki, artıq bu sahədə iş gedir. Belə ki, yanvarda 1500 ağac tingi əkilib.

Məlumata görə, yaz mövsümündə 17 min, payızda isə 18 min 500 ting əkiləcək.