Əfqanıstanda həlak olanların sayı 14-ə çatıb

Əfqanıstanda intiharçının Kabilin ən böyük alış-veriş mərkəzinin girişində özünü partlatması nəticəsində ölənlərin sayı 14-ə, yaralıların sayı isə 30-a çatıb.

 

Kabil polisinin rəisi Səid Səidzadə bildirib ki, həlak olanlar arasında əcnəbilər də var.

 

Partlayışa görə məsuliyyəti talibançılar  üzərlərinə götürüblər.

 

Bu, yanvarın 18-dən bu yana paytaxt Kabildə həyata keçirilən ilk terror aktıdır. Yanvarın 18-dəki partlayışlarda intiharçılar hökumət binalarını hədəf almışdılar.