Əmircanda silah və sursat aşkar edilib

Suraxanı rayonunun Əmircan qəsəbəsində silah və sursat tapılıb.

Suraxanı Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, silah və sursatlar fevralın 24-də Əmircan qəsəbəsinin Blandin küçəsi 42-də aşkar edilib.

Rayon Polis İdarəsinin Post Patrul Xidməti onları Rayon Polis İdarəsinin istintaq orqanına təhvil verib.

Hazırda araşdırma aparılır.