Deputar əcnəbi yazarlara qrant verilməsini təklif edir

Azərbaycan ədəbiyyatının xarici ölkələrdə yayılmasına nail olmaq məqsədilə əcnəbi yazarlar üçün qrant müsabiqəsi elan edilməsinə ehtiyac var.

Kultaz.com "Olaylar"a istinadla yazır ki, bunu deyən millət vəkili Aynur Quliyevanın sözlərinə görə, artıq qonşu Gürcüstanda belə praktika mövcuddur:

“Gürcüstanda gürcü ədəbiyyatını xarici dilə çevirb onun yayımı, təbliği ilə məşğul olan əcnəbi yazarlar üçün müsabiqə elan edilir.

Gürcüstan dövləti də bu məqsədlə büdcədən vəsait ayırır.

Yaxşı olardı ki, Azərbaycan mədəniyyətinin təbiliği, xüsusən ədəbiyyat əsərlərimizin yayımı baxımdan belə praktika tətbiq edilsin.

Düşünürəm ki, bu, Azərbaycan ədəbiyyatının xarici ölkələrdə yayılması sahəsində uğurların əldə edilməsinə səbəb ola bilər”.