Global Integrity idarəetmə və korrupsiyanın vəziyyətinə “Zəif” qiymət verdi

Global Integrity təşkilatı “Dürüstlük Göstəricisi hesabatı 2009” adlı hesabatını yayıb. Fevralın 24-də yayılan sənəddə 35 ölkədə vəziyyət qiymətləndirilib.

Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, ölkədə icraedici hakimiyyət bütün digər hakimiyyət qolları üzərində mütləq üstünlük əldə edib.

Büdcənin qəbulu prosesi, məhkəmə qərarları, polis araşdırmaları, dövlət mülkiyyətində olan müəssislərin idarə edilməsi, daxili dövlət auditi, ombudsman icra hakimiyyətinin təsir dairəsindədir.

Hesabat haqqında daha ətraflı "Korrupsiometr" saytında oxuyun.