Şahvələd Çobanoğlu və «ANTV-online» beynəlxalq mükafata layiq görülüblər

Jurnalist Şahvələd Çobanoğlu və «ANTV-online» Gerd Buserius adına «Şərqi Avropada azad mətbuat» mükafatına layiq görülüblər.

Bu barədə «Turan» agentliyinə fondun nümayəndəsi Hamman Frauke bildirib.

Hər iki mükafatçıya 10.000 avro verilib.

Fondun məlumatına görə, Ş.Çobanoğlu müxalif qəzetlərdə tənqidi yazılar və ifşaedici məqalələr yazdığı, «ANTV-online» isə internetdə dövlət televiziyası ilə görmək mümkün olmayan verilişlər yayımladığı üçün bu mükafata layiq görülüblər.

Əvvəllər Azərbaycandan bu mükafatı «Turan» agentliyi, «Zerkalo» qəzetinin icmalçısı Rauf Mirqədirov, «Azadlıq» qəzeti, «Bizim yol» qəzetinin icmalçısı Natiq Cavadlı alıb.