Artur Rasizadə Yanukoviçin andiçməsinə gedir

Azərbaycanın baş naziri Artur Rasizadə Ukraynanın yeni seçilmiş prezidenti Viktor Yanukoviçin andiçmə mərasimində iştirak edəcək.

Bu barədə «Azərtac»ın xəbərində deyilir.

Ukraynanın yeni seçilmiş prezidenti Viktor Yanukoviçin andiçmə mərasimi fevralın 25-də Kiyevdə keçiriləcək.