Türkiyədə şaxtada 17 nəfər ölüb

Türkiyədə şaxtada baş verən partlayışda 17 nəfər ölüb. Hadisə Dursunbəy şəhərinin yaxınlığında–ölkənin şimali-qərbində olub.

Yerli hökumətin məlumatına görə 20 nəfəri evakuasiya etmək mümkün olub. Xilasedicilər artıq işlərini başa çatdırıb.

Dörd il əvvəl bu şaxtada indiki kimi 17 şaxtaçı ölmüşdü.