Yanukoviç ilk səfərini Brüsselə edir

Martın 1-də Ukraynanın yeni prezidenti Viktor Yanukoviç Avropa Birliyinin Brüsseldəki mənzil qərargahına səfər edəcək. Bu, onun prezident kimi xaricə ilk səfəri olacaq.

Yanukoviç fevralın 25-də and içib prezident kimi fəaliyyətə başlamalıdır. Rusiya meylli siyasətçi kimi tanınan Yanukoviç hələlik Moskvaya səfərinin tarixini elan etməyib.