«Bu qadağa kasıb adamlara aiddir»

Hökumət ölkədə «quş qripi»nin olmadığını bəyan etdiyi halda quş ovuna qadağa qoyub.

Bunu Milli Məclisin iclasında «Müsavat» deputat qrupunun üzvü İltizam Əkbərli deyib.

O bildirib ki, özü də bu qadağa ova ailəsini dolandırmaq üçün gedən kasıb adamlara aiddir:

«Amma Azərbaycanda olan əcnəbilər, xaricilər istədiyi qədər ova gedir».