Əfqanıstanın cənubundakı döyüşlər yeni kampaniyanın başlanğıcıdır

Əfqanıstanın cənubundakı Mərca şəhəri ətrafında gedən döyüşlər yeni kampaniyanın başlanğıcıdır. Bunu ABŞ-ın Əfqanıstan və İraqdakı hərbi əməliyyatlara cavabdeh olan generalı Devid Petreus deyib.

General deyib ki, bu kampaniya ABŞ-ın Əfqanıstandakı qiyamçılarla yeni mübarizə strategiyasının tərkib hissəsi olub, 12 aydan 18 ayadək davam edəcək.