Qadın alveri ilə məşğul olan şəxs yaxalanıb

Qadın alveri ilə məşğul olan Oğuz sakini Esmira Abbasova yaxalanıb.

Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

O ötən gün nazirliyin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyat zamanı yaxalanıb.

Əvvəllər də məhkum olunmuş Esmira Abbasova gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb, cinsi istismara məruz qoymaqda ittiham olunur.

Faktla bağlı cinayət işi açılıb.