Taliban komandirinin tutulması «böyük uğur»dur

Yüksək vəzifəli Taliban komandirinin ələ keçirilməsi «böyük uğur»dur. Ağ Ev komandirin həbsindən sonra ilk rəsmi bəyanatında belə deyib.

Molla Abdul Qani Baradar bu ayın əvvəlində Amerika və Pakistanın xüsusi qüvvələri tərəfəidən tutulub.

Ağ Ev sözçüsü Baradarın ələ keçirilməsini «regionda qarşılıqlı səylərin böyük uğuru» adlandırıb.

Robert Gibbs bildirib ki, Taliban komandiri hazırda Pakistanda həbsdədir.