Sabah Dəvəçi rayon Məhkəməsində Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC-nin 1 saylı yolların mühafizə xidmətinin şimal bölməsinin keçmiş rəisi Hikmət Seyidovun və bölmənin keçmiş böyük mütəxəssisi Qalib Pənahovun məhkəməsi başlayacaq. Hər iki şəxs ötən ilin avqust ayında Bakı-Xaçmaz yolunun Dəvəçi ərazisində «Kamaz» sürücüsü Mehman Əmirquliyevin döyülməsində təqsirləndirilirlər.
Döyülən sürücü həbs edilib, müfəttişlərdən birini döyməkdə təqsirləndirilərək ötən ilin noyabr ayında Dəvəçi rayon məhkəməsinin hökmü ilə 3 il müddətinə şərti cəzalandırılaraq məhkəmə zalından azadlığa buraxılıb.
Mehman Əmirquliyev həmin şəxslərin onu döyməsiylə bağlı Dəvəçi rayon Prokurorluğuna qarşılıqlı şikayət verib. Onun döyülməsini əks etdirən videogörüntü olduğundan «Azəryolservis» ASC-nin 1 saylı yolların mühafizə xidmətinin şimal bölməsinin keçmiş rəisi Hikmət Seyidov və bölmənin keçmiş böyük mütəxəssisi Qalib Pənahov tutduqları vəzifədən kənarlaşdırılaraq cinayət məsuliyyətinə cəlb olunublar.
Məhkəmə iclasına Mehman Əmirquliyevə cəza kəsmiş hakim Teymur Qurbanov sədrlik edəcək. Sürücünün məhkəməsində ittihamçı kimi iştirak etmiş prokuror Babaxan Həsənəliyev bu dəfə də eyni statusda çıxış edəcək.
Mehman Əmirquliyevin hüquqi nümayəndəsi Vidadi İskəndərli AzadlıqRadiosuna bildirib ki, məhkəmənin ilk günündə hakimə və ittihamçıya etiraz edəcəklər:
«İki ay əvvəl həmin prokuror Mehman Əmirquliyevi departament işçisini döyməkdə ittiham edib, həmin hakim də ona cəza kəsib. Əmirquliyev bu işdə zərərçəkmiş kimi tanınır. Bu işi gətirib veriblər eyni hakimin icraatına, ittihamçı da eyni prokuroru təyin ediblər. Biz Mehman Əmirquliyevə verilmiş cəzanı ədalətsiz hesab etmişik və apelyasiya şikayəti vermişik. Mehman Əmirquliyevin zərərçəkmiş kimi hüquqlarını nə həmin hakimə, nə də həmin prokurora etibar edirik».
«Azəryolservis» işçiləri zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilirlər. Hər ikisi zamindədir. Əgər məhkəmə sürücüyə qarşı zor tətbiq etdiklərini sübuta yetirə bilsə, onları 3 ildən 7 ilədək həbs cəzası gözləyir.
Vidadi İskəndərli hesab edir ki, sürücünün döyülməsinə görə «Azəryolservis»in daha 6 əməkdaşı da cinayət məsuliyyətinə cəlb olunmalıdır.