Fatma Kərrubi Xamneiyini ittiham edir

İran müxalifətinin liderlərindən biri Mehdi Kərrubinin həyat yoldaşı ötən həftə keçirilən etiraz aksiyasında oğlunun vəhşicəsinə döyüldüyünü bildirib. O buna görə ölkənin ali dini liderini ittiham edib.

 

Fatma Kərrubi Ayətulla Əli Xamneiyə ünvanladığı açıq məktubda onu dissidentlərə qarşı zorakı və qəddar üsulların tətbiqinə imkan verməkdə günahlandırıb.