Hindistan müxalifəti Pakistanı ittiham edir

Hindistandakı millətçi müxalifət deyir ki, ölkənin qərbində törədilmiş terror aktını Pakistan təşkil edib.

Dünən Puna şəhərində törədilmiş partlayışda 9 adam ölüb, 57 nəfərsə yaralanıb.

Müxalifətdə olan Baharatiya Janata partiyasının lideri Arun Ceytli hökuməti Pakistanla danışıqlara getməməyə çağırıb.

Fevralın 25-də Dehlidə Hindistanla Pakistan arasındakı sülh danışıqları bərpa olunmalıdır.