Bağdadda 5 partlayış törədilib

Dünən axşam Bağdadda 5 partiyanın ofisi ətrafında partlayışlar törədilib.

Nəticədə 11 nəfər yaralanıb.

Bu partiyalar martın 7-də keçiriləcək parlament seçkilərinə hazırlaşırlar.

Hücuma məruz qalmış 5 partiyadan 4-ü sünnilərdindi.

Bu hücumlara görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

İraqın Apelyasiya məhkəməsi bu günlərdə seçkiyə buraxılmayan xeyli namizədin şikayətini rədd edib.

Onların əksəriyyəti sünniləri təmsil edir.