Şirin Ebadi Tehrana təzyiqləri artırmağa çağırıb

İranlı hüquq müdafiəçisi, Nobel mükafatı lauriatı Şirin Ebadi beynəlxalq aləmi insan haqlarının vəziyyətinə görə Tehrana təzyiqləri artırmağa çağırıb.

O, BMT-nin insan haqları idarəsinin Cünüvrədə keçirdiyi görüşdə çıxış edərkən bildirib ki, hər il ölkədə insan haqlarının vəziyyəti daha da pisləşir, hakimiyyət müxalifəti təqib edir.

Bazar ertəsi BMT-nin İnsan Haqları İdarəsinin rəsmi iclasında İranda insan haqlarının vəziyyəti müzakirə olunacaq.