Türkiyəli milyardçı 11 il 8 ay həbs cəzası alıb

Türkiyə məhkəməsi 63 yaşlı milyardçı Mehmet Karamehmeti 11 il 8 ay azadlıqdan məhrum edib.

O maliyyə fırıldaqçılığı və məsrəfçilikdə ittiham olunur.

Məhkəmə həmçinin onu 312 milyon dollar məbləğində cərimə edib.

Hələlik o azadlıqdadır, amma ona ölkədən çıxmaq qadağan edilib.