Əlibaba Məmmədov istiqlal ordeni aldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Xalq Artisti Əlibaba Məmmədova milli muğam sənətinin inkişafında və təbliğində böyük xidmətlərinə görə İstiqlal ordeniylə təltif eləyib. Azərtacın xəbərinə görə, İlham Əliyev 80 illik yubileyi münasibətiylə Əlibaba Məmmədova mükafatı şəxsən təqdim eləyib.