Həmməruzəçilər Gəncədədir

Avropa Şurası

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Coy Debano Qrex fevralın 8-də Gəncəyə gediblər.

Avropa Şurasının Bakı ofisindən AzadlıqRadiosuna bildiriblər ki, həmməruzəçilərin bu səfərindən məqsəd Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərinin necə yerinə yetirilməsi barədə növbəti monitorinq aparmaqdır.

Herkel və Qrex Bakıya fevralın 7-də gəliblər. Səfər çərçivəsində onlar siyasi partiyalar, vətəndaş cəmiyyətinin nümayəndələri, hakimiyyət rəsmiləri ilə görüşəcəklər.