Vergilər Nazirliyinin “Bir pəncərə”sində dövlət rüsumlarının miqdarı

“Dövlət rüsumu” haqqında qanunun 20-ci maddəsində göstərilən qaydada rüsumlar alınır. Bu, aşağıdakılardır:

20.1. Bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı üçün - 220 manat

20.2. Kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün - 3 manat

20.3. Digər hüquqi şəxslərin qeydiyyatı üçün - 11 manat

20.4. Hüquqi şəxslərin yenidən qeydiyyatı üçün - bu Qanunun 20.1 - 20.3-cü maddələrdə göstərilən məbləğin 50 faizi

20.5. Hüquqi şəxslərə qeydiyyat şəhadətnaməsinin dublikatının verilməsi üçün - 2 manat

20.6. Sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışların verilməsi üçün (hər səhifəyə görə) - 1 manat