İran Azərbaycandan əlavə qaz almaq istəyir

İran Azərbaycandan aldığı qazın həcmini artırmaq istəyir və bu sahədə rəsmi Bakı ilə danışıqlar aparır.

ANS PRESS-n məlumatına görə İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami bildirib ki, İran Azərbaycandan 5 milyard kubmetr əlavə qaz almaq fikrindədir.

Buna görə də əlavə xətlərinin çəkilməsi ilə bağlı müzakirələr aparılır.