Taliban hökumətin barışıq təklifini rədd edib

Taliban hərəkatı Əfqanıstan prezidenti Həmid Kərzainin barışıq təklifini rədd edib.

Belə bir bəyanat hərəkatın ingilis dilli internet saytında dərc olunub.

Bəyanatda qərbin bu plana dəstəyi və bu sahədə göstərdiyi səylər də rədd edilir.

Əfqanıstan prezidenti Həmid Kərzai ötən ay Əfqanıstanla bağlı Londonda keçirilən beynəlxalq konfransda bir daha talibançıları barışığa çağırmışdı.