Qar cənub rayonlarında hərəkəti çətinləşdirib

Cənubda qar

Fevralın 5-dən etibarən intensiv şəkildə yağmağa başlayan qar cənub bölgəsində də çoxlu çətinliklər yaradıb.

Bakı-Astara yolunda nəqliyyatın hərəkəti çətinləşib.

Yardımlıya 45-50 santimetr qar yağıb. Qarın yağması davam edir. Yollar bağlanıb. İşıq böyük fasilələrlə verilir. Məktəblərdə dərslər də dayandırılıb.

Leriklə ətraf kəndlər arasında əlaqə kəsilib.

Qar cənub rayonlarının elektrik təsərrüfatlarına da ziyan vurub. Bir çox kəndlərin ərazisində elektrik dirəkləri aşıb. Elektrik enerjisinin verilməsində fasilələr yaranıb.