İlham Əliyev ABŞ dövlət katibinin birinci müavini ilə görüşüb

Ceyms Steynberq və İlham Əliyev

Almaniyada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev fevralın 5-də Münhendə ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberq ilə görüşüb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.