İlham Əliyev Əhməd Davudoğlu ilə görüşüb

AzərTAc. Xüsusi müxbirimiz xəbər verir ki, Almaniyada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Münxendə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu bildirildi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, regional və digər məsələlər ilə bağlı fikir mbadiləsi aparıldı.