Moskvada milisdə islahatlar aparılması tələbi ilə piket keçirilir

Moskvada milis sistemində köklü islahatlar aparılması tələbi ilə piket keçirilir.

Aksiyanı müxalifətdə olan “ Həmrəylik” və “ Birləşmiş Vətəndaş Cəbhəsi” hərəkatları təşkil edib.

Əsas tələb Daxili İşlər Nazirliyində köklü ixtisar aparmaq, maaşları qaldırmaq və milis sistemində korrupsiya ilə mübarizəni gücləndirməkdir.