Rumınyada ABŞ raketləri yerləşdirilə bilər

Rumınya hava hücumlarından müdafiə sistemi yaradılmasında ABŞ-la əməkdaşlığa və bu sistemin 2015-ci ilədək ərazisində yerləşdirilməsinə hazır olduğunu bəyan edib.

Prezident Trayan Basesku Buxarestdə keçirdiyi iclasda ABŞ prezidenti Barak Obamadan belə bir təklif aldığını deyib.

O qeyd edib ki, ölkə ərazisində belə bir sitemin yerləşdirilməsi Rusiyaya qarşı yönəlməyəcək.