Pakistan ABŞ məhkəməsinin hökmündən sarsılıb

Pakistan hökuməti Əfqanıstanda amerikalı hərbçiləri güllələməyə cəhd göstərməkdə ittiham olunan pakistanlı qadının ABŞ-da ədalətsiz şəkildə məhkum edilməsindən sarsıldığını bildirib.

37 yaşlı Afiə Siddiqi Nyu York məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib. Siddiqi günahsız olduğunu, ona qarşı ittihamların arxasında İsrailin durduğunu iddia edib.