2012-ci ildən İƏT-də baş katiblik Azərbaycana keçir

2012-ci ildən İqtisadi Əməkdaşlıq Təşkilatında baş katiblik Azərbaycana keçəcək. Bunu jurnalistlərə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
O deyib ki, buna görə də Azərbaycanın təşkilata münasibəti ciddidir.

Mahmud Məmmədquliyev təşkilatın səmərəliliyinin artırılmasının vacib olduğunu, Azərbaycan hökumətinin bu qurumda ciddi islahatların aparılmasının tərəfdarı olduğunu da deyib.